“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə paylaşılır

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə təqdim edib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin əməkdaşlığı çərçivəsində hazırlanıb.

Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ekran əsərinin baş məsləhətçisi bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

Filmə https://www.youtube.com/watch?v=pGmNEJ0nwo0 linki vasitəsilə baxmaq mümkündür.

   Məqaləni PDF formatına çevir