Müəllif haqqında qısa bioqrfaiya

IMG_0284Nazim Mustafa (Nazim Yusif oğlu Mustafayev) 1957-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Ağbaba mahalının (İndiki Amasiya rayonu) Güllübulaq kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişdir. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağa ərazi iddiasından dolayı Ermənistandan deportasiya edilmiş və Bakı şəhərində məskunlaşmışdır. 1990-1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində, 1992-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, sonra Milli Münasibətlər İnstitutunda və 2003-cü ildən isə Tarix İnsitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ilin dekabrından Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda Tarix İnsitutunun əməkdaşıdır. 1993-2004-cü illərdə eyni zamanda “Vətəndaş”, “Avrasiya”, “Dövran”, “Xalq qəzeti” qəzetlərində işləmişdir.

Yaradıcılığı

Erməni məsələsi ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan və Türkiyə mətbuatında dərc edilmişdir. “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım Qaçqınlıq.” (Bakı, 1988), AMEA Tarix İnstitutu tərəfindən Azərbaycan və ingilis dillərində çap edilən “”Vandalizm. Tarixi adlara qarşı soyqırım” (Bakı, 2006, 2014) kitablarının müəllifi və “İrəvan xanlığı” (Bakı, 2009) kitabının müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Nazim Yusif oğlu Mustafayevə 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilmişdir. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Nazim Mustafayevə “İrəvan xanlığı” kitabının müəllifləri ilə birgə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.

2013-cü ildə müəllifin yazdığı “İrəvan Şəhəri” əsərinin Azərbaycan və rus dillərində veb səhifələri yaradılmışdır. 17 May 2013 cü ildə Prezident Kitabxanasında AMEA Tarix İnstitutu ilə birlikdə veb səhifənin təqdimat mərasimi keçirilmişdir. Müəllifin “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920)” kitabı AMEA Tarix İnstitutu tərəfindən 2015-ci ildə çap edilmişdir. Müəəlifin “İrevan Şehri. Türk-İslam Varlığı Nasıl Yok Edildi” kitabı 2015-c ildə Ankarada “Berikan Yayınevi”ndə türk dilində çap edilmişdir. “1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir.

HPIM4435

irevan sheheri -teqdimat-6

   Məqaləni PDF formatına çevir   

5 thoughts on “Müəllif haqqında qısa bioqrfaiya