“Vandalizm: Tarixi adlara qarşı soyqırımı” kitabının yenilənmiş variantı çapdan çıxmışdır

Vandalizm kitabi-2014Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Vandalizm: Tarixi adlara qarşı soyqırımı” kitabının yenidən işlənilmiş ikinci nəşri bu günlərdə  çapdan çıxmışdır. Tarixçi alim Nazim Mustafanın tərtib etdiyi bu kitab AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudovun “Ön soz”ü ilə işıq üzü görmüşdür. Kitabda indi Ermənistan ərazisində azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilərək boşaldılan 702 azərbaycanlı yaşayış məntəqəsinin və inzibati vahidinin adlarının dəyişdirilərək ermənicələşdirilmiş siyahısı verilmişdir.

Kitaba həmçinin 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində etnik təmizləmə nəticəsində boşaldılaraq yaşayış məntəqələri siyahısından silinmiş 254 azərbaycanlı kəndlərinin siyahısı da kitaba daxil edilmişdir.

Kitabın əlavələr hissəsində müxtəlif illərdə İrəvanda çap edilən Ermənistanın inzibati-ərazi bölgüsünə aid nəşrlərə daxil edilən dəyişdirilmiş adlarla bağlı siyahıların faksimilləri, habelə, azərbaycanlı əhalinin Ermənistandan 1988-1989-cu illər deportasiyasından sonra Ermənistan parlamentinin qərarları ilə müxtəlif vaxtlarda dəyişdirilmiş yaşayış məntəqələrinin siyahıları da verilmişdir.

Əyanilik üçün kitaba həmçinin İrəvan quberniyasının 1903-cü il, indiki Ermənistan ərazisinin 1926-cı il və müasir xəritələri də daxil edilmişdir.

“Ön söz”də layihə rəhbəri professor Yaqub Mahmudovun qeyd etdiyi kimi, erməni mənbələrinə əsasən tərtib edilən bu siyahılar müasir erməni vandalizminin insanlığazidd mahiyyətini aydın göstərir.

126 səhifə həcmində olan bu kitab “Turxan NPB” nəşriyyatında 4 min tirajla nəfis şəkildə Azərbaycan dilində çap edilmişdir.

   Məqaləni PDF formatına çevir