Türkiyədə yerləşən Yeni Türkiye Stratejik Araştırma Merkezi nəşr etdirdiyi “Yeni Türkiye” jurnalının xüsusi buraxılışını oxucularına təqdim etmişdir. Xüsusi buraxılış “Ermeni Meselesi Özel Sayısı” adlanır. 5 cilddən və təqribən 4000 səhifədən ibarət olan xüsusi nəşrdə “KAFKASYA’DA (AZERBAYCAN’DA) ERMENİ MEZALİMİ, KATLİAMI VE SOYKIRIM” başlığı altında Nazim Mustafanın “Ermenilerin 1905-1906 Yıllarında Güney Kafkasya’da Yaptıkları Katliamlar” məqaləsi də yayımlanmışdır.