Vandalizm: Tarixi Adlara Qarşı Soyqırımı

Vandalizm-Tarixi_Adlara_Qarşı_SoyqırımıBu gün erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözləri qarşısında Cənubi Qafqazın tarixi keçmişini axtalaşdırmaqda davam edirlər. Bu yaxınlarda (23.01.2006) Ermənistan Respublikası hökuməti Yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan jurnalistlər qarşısında çıxış edərək məlumat vermişdir ki, Ermənistanın ilk milli atlası nəşr olunacaqdır. Onun bildirdiyinə görə həmin atlasda 40 min coğrafi ad qeydiyyata alınacaqdır ki, bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək erməni adları ilə əvəz olunacaqdır (http://newsarmenia.ru/arm1/20060123/41528686.html). M.Vardanyanın qeyd etdiyi «başqa dillərə məxsus olan» həmin 8-10 min coğrafi  ad məhz göstərilən torpaqlardan deportasiya edilmiş azərbaycanlılara məxsusdur.
… Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyillər. Tarixi həqiqət bundan ibarətdir ki, onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan tədqiqatlar çoxdan sübut etmişdir. Ermənilərin əcdadları hesab olunan tayfalar təqribən e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bura Balkan yarımadasından köçüb gəlmişlər. Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəllər Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar

ardını aşağıdakı keçiddən oxuya bilərsiniz:

VANDALİZM: TARİXİ ADLARA QARŞI SOYQIRIMI

VANDALISM: GENOCIDE AGAINST THE HISTORICAL NAMES

   Məqaləni PDF formatına çevir