Erməni diasporası yalanlarını yaymaqda davam edir.
Onların növbəti özünütəsdiq cəhdi qadınlarla bağlıdır. Onlar növbəti yalanını Konkordiya Universitetinə yazılı şəkildə göndərib. Materialda deyilir ki, Azərbaycanda eləcə də dünyanın müxtəlif ölkələrində ictimai-siyasi mühitin formalaşmasında erməni qadınlarının böyük rolu olub.
Femida.az məsələyə aydınlıq gətirmək üçün tarixçi-alim Nazim Mustafa ilə əlaqə saxladı.
Nazim Mustafa bildirdi ki, tarix boyu erməni qadınları Azərbaycanın vəzifəli şəxslərinin zəif damarlarından istifadə ediblər:
“Erməni qadınlarının sovet hakimiyyəti illərində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamaları barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Lakin erməni qadınlarının Azərbaycanın bəzi vəzifəli şəxslərinə təsir etmək imkanlarının olması barədə deyilənlər həqiqətdir. Sovet hakimiyyəti illərində Azərbaycanda yaşayan ermənilər çalışırdılar ki, onların arvadları və yaxud qızları hansısa vəzifəli azərbaycanlının katibəsi olsun və ya onların əllərinin altında müəyyən vəzifə tutsunlar ki, onların zəif damarlarından istifadə edərək həm öz gün-güzəranlarını yaxşılaşdırsınlar, həm də ümumerməni mənafeyi üçün müəyyən gizli məqsədlərini həyata keçirə bilsinlər”.
Tarixçi-alim bildirdi ki, ermənilər öz qadınlarından istifadə etməklə siyasi məqsədlərinə nail olmağa çalışırdılar:
“Ermənilər tarix boyu öz qadınlarından siyasi məqsədlər üçün istifadə etməyə çalışıblar. Erməni tədqiqatçısı Anahid Lalayanın yazır ki, 1905-ci ildə Qafqaza canişin təyin edilən İllarion Vorontsov-Daşkovun erməni əsilli arvadı Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri olan yepiskop Mesropun məşuqəsi idi və Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Vorontsov-Daşkovun yataq otağında hazırlanırdı. O da məlumdur ki, bir müddət sonra ermənilərin mənafeyinə xidməti müqabilində Vorontsov-Daşkov Balaxanıda neft mədənlərinə sahib olmuşdu.
Mixail Qorbaçov hələ Stavropol diyarının birinci katibi işləyərkən erməni alverçiləri Raisa Qorbaçovanı ələ almışdılar. Dünya malına həris olan Raisanın bütün ehtiyaclarını erməni “sexovşikləri” və alverçi erməni qadınları təmin edirdilər. 1985-ci ildə Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyasının baş katibi seçildikdən sonra da Raisa Qorbaçova əvvəlki qaydada ermənilərlə əlaqələrini davam etdirirdi. 1987-ci ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M. Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini yerinə yetirməyi xahiş etmişdilər.
Nazim Mustafa sonda qeyd etdi ki, erməni qadınlar bu metodlarını ABŞ-da tətbiq ediblər:
“Bill Klintonun prezidentliyi dövründə “Hayastan” Ümumerməni fondunun sədri Manuşak Petrosyan yeganə qadın ki, Ağ Evə arxa qapıdan girib-çıxırdı. O, Klintonun xanımı Hillari ilə dostluq edirdi. Bu dostluğun arxasında nələr dayanırdı, bunu ermənilərin özləri yaxşı bilirdilər. Bill Klintonun Monika Levitski ilə macəralarını xatırlasaq, Manuşak Petrosyanın Ağ Evə arxa qapıdan girib-çıxmasının mənası aydın olur.
Bu cür misalları çox çəkmək olar. Fakt odur ki, ermənilər öz siyasi məqsədlərinə nail olmaq üçün hər cür yola baş vururlar, o cümlədən də erməni qadınlarının “xidmətindən” istifadə etməyi ustalıqla bacarırlar”.
Ceyhun Əhmədli
Femida.az
http://www.femida.az/news.php?id=23740#.Vwz9-vmLSUk
Tarix 12.04.16