1946-cı ildə SSRİ Türkiyəyə hücum etməyə hazır idi

Nazim Mustafa www.1905.az portalının “Kvartet”ində 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan SSR ərazisindən köçürülmələri barədə tarix faktlar işığında çıxış etmişdir:

Nazim müəllim, Sizin “1948-1953-cü il deportasiyasının bəzi məqamları” məqaləniz “Xalq qəzeti”ndə 2009-cu ildə dərc edilib. Biz azərbaycanlıların Ermənistandan deportasiyası məsələsindən danışanda adətən, buna Sovet İttifaqı kontekstində baxırıq. Amma bu məqalədən görünür ki, buna əslində II dünya müharibəsindən sonrakı vəziyyət kontekstində, Türkiyə ilə Sovet İttifaqının müharibədən sonrakı münasibətləri prizmasından baxmaq lazımdır. Bu hadisələrin beynəlxalq səbəbləri hansılar idi?

Nazim Mustafa: Ermənilər, bilirsiniz ki, 1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə müqaviləsi ilə bu ərazilərə köçürüldülər. Ermənilər bütün dövrlərdə tarixi şəraitin verdiyi fürsətlərdən məharətlə istifadə ediblər. 1828-1829-cu illərdə Çar Rusiyası Cənubi Qafqaza 120 mindən çox erməni köçürmüşdü. Ondan sonrakı dövrdə indiki Ermənistan ərazisində (yəni İrəvan xanlığı, sonra isə İrəvan quberniyasında) azərbaycanlıların soyqırım və deportasiyası 4 mərhələdən ibarət olub. Birincisi, 1905-1906-cı illər idi. Bunun da səbəbləri hansılar idi? 1890-cı illərdə Osmanlı hökuməti öz imperiyası daxilində  erməni üsyanlarını yatızdırdı. 1890-cı illərdən sonra 400 min erməni Cənubi Qafqaza axışdı, əksəriyyəti də silahlı dəstələrin üzvləri idi. Qars vilayətindən Cənubi Qafqaza ən yaxın olan indiki Ermənistan ərazisinə gəldilər. Erməniləri orada məskunlaşdırmaq azərbaycanlı kəndləri silah gücünə böşaldıldı, qırğınlar törədildi. Həmin dövrdə 200 azərbaycanlı kəndi boşaldıldı və ermənilər orada məskunlaşdı. 1905-ci ildə artıq Rusiya imperiyasında inqilabi hərəkat baş qaldırmışdı. Ölkəni iğtişaş və tətillər bürüdüyü üçün çarizmin ucqarlara təsiri zəifləmişdi. Bu zaman artıq ermənilərin siyasi təşkilatları formalaşmışdı. Onların silahlı dəstələri isə bu fürsətdən istifadə edərək 1905-ci ildə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı kütləvi qırğınları həyata keçirdilər.

İkinci fürsət, I Dünya müharibəsi dövründə, 1915-ci ildə oldu. Cənubi Qafqaza 300 min erməni də Osmanlı imperiyasında ermənilərin köçürülmələrindən (red. – “Təhcir qanunu”) sonra gəldi. Həmin dövrdə indiki Ermənistan ərazisində 350 mindən çox azərbaycanlı yaşayırdı. Deməli, ermənilərin məskunlaşması üçün azərbaycanlılar yenə də soyqırıma məruz qaldılar. Beləliklə, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulanda orada pərakəndə halda 10 min azərbaycanlı qalmışdı. Yəni, bu ermənilərin istifadə etdiyi ikinci fürsət idi.

müzakirənin davamını aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://1905.az/1948-1953-deportasiya/

 

   Məqaləni PDF formatına çevir