26 Noybar 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nəzdindəki tarix üzrə elmlər doktoru və tarix üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün Nazim Mustafa “1905-1906-CI İLLƏRDƏ İRƏVAN QUBERNİYASINDA VƏ ZƏNGƏZUR QƏZASINDA ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİKLƏRİ KÜTLƏVİ QIRĞINLAR” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir. Müdafiənin sonunda Disertasiya Şurası Nazim Mustafaya “Vətən tarixi” ixtisasına müvafiq tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmış və dissertasiyanın monoqrafiya kimi çap olunmasını qərara almışdır.