“Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri

ermNazim Mustafanın da töhfəsi sayəsində ərsəyə gələn yeni layihə haqqında qısa arayış:

XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törətmiş və deportasiyalar həyata keçirmişlər. Lakin ermənilər tarixi saxtalaşdıraraq özlərini dünyaya soyqırıma məruz qoyulan xalq kimi təqdim edirlər. Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər belə, beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən sükutla qarşılanmışdır. Törətdiyi qanlı cinayətlərə görə işğalçı Ermənistanın bu günədək cəzasız qalması onu yeni-yeni cinayətlərə sövq edir. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı”nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayrı-ayrı tədqiqatçıların məqalələri əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırım 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilmişdir. 1991-1994-cü illərdə dünyanın gözü qarşısında Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faiz ərazisi işğal edilmiş və həmin ərazidə xalqımıza qarşı soyqırım törədilmişdir. Son 30-40 il ərzində ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə günahsız insan tələf olmuş və yaralanmışdır. Bu elektron nəşr özlərini dünyaya sivil və soyqırıma məruz qoyulan millət kimi təqdim edən ermənilərin əsl simasını üzə çıxarır.
Yeddi fəsildən ibarət elektron nəşrin 1-ci fəsli “Soyqırım” adlanır. Bu fəslin birinci bölməsində ermənilərin 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən elmi məqalələr toplanmışdır. 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımlarına aid araşdırma məqalələr 2-ci bölmədə öz əksini tapmışdır. Ermənistanın 1991-1994-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində törətdikləri soyqırım cinayətləri 3-cü bölmədə işıqlandırılmışdır.
“Deportasiya” fəslində azərbaycanlıların indiki Ermənistan ərazisindən 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyasına aid araşdırma materiallar öz əksini tapmışdır.
Elektron nəşrin 3-cü fəsli “Terror” adlanır. Bu fəsildə erməni terror təşkilatları haqqında qısa məlumat verilir, türk və azərbaycanlı dövlət xadimlərinə, mülki şəxslərə qarşı törədilən terror aktları sadalanır, habelə ruslara qarşı ermənilərin törətdikləri terror əməllərindən bəhs edilir.
“Sənədlər” adlanan 4-cü fəsildə ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanmışdır.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər toplanaraq “Videoarxiv” fəslində təqdim olunur.
“E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.
Prezident Kitabxanasının əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron nəşrin ingilis dilində də versiyası hazırlanır.

Layihə ilə bu keçid vasitəsilə ilə tanış ola bilərsiniz:

http://genocide.preslib.az/

PDF24    Send article as PDF   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*