SAM-ın dəstəyi ilə “İrevan şehri. Türk-islam varlığı nasıl yok edildi” adlı kitab Türkiyədə nəşr olunmuşdur

SAM, İrevan şehri. Türk-islam varlığı nasıl yok edildi, Nazim MustafaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin tarixinin araşdırılması istiqamətində son dövrdə ciddi addımlar atılmaqdadır. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun elmi işçisi, “İrəvan xanlığı” monoqrafiyasının müəllifərindən olan Nazim Mustafanın “İrevan sehri. Türk-islam varlığı nasıl yok edildi”adlı yeni kitabı bu günlərdə “Berkan Yayınevi” (Ankara) nəşriyyatında çap olunmuşdur. Kitaba AMEA-nın müxbir üzvü, A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov ön söz yazmışdır.

Kitabda Azərbaycanın qədim siyasi və mədəniyyət mərkəzlərindən biri kimi İrəvan şəhərinin tarixi keçmişi, onun etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri haqqında ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistan dövlətinin monoetnik paytaxtına çevrilən İrəvan şəhərində XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğınlar, soyqırımlar və etnik təmizləmə siyasəti haqqında sənədlərin dili ilə söhbət açılır. ətraflı oxu..

   Məqaləni PDF formatına çevir