Nazim Mustafa “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” mövzusunda məruzə etmişdir

Bineqedi. 14.01.2016Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi”nin müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa 14 yanvar 2016-cı ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “20 Yanvar: Tariximizin qanla yazılan şanlı səhifəsi” mövzusunda məruzə etmişdir.

Nazim Mustafa 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda mübarizə aparan xalqımızın iradəsini qırmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı, insanlığa qarşı törədilmiş qanlı cinayətlərdən biri kimi xarakterizə etmişdir.

   Məqaləni PDF formatına çevir