“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı çapdan çıxmışdır

2016-cı il fevral ayının 19-da Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Akitab-2zərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilmişdir. Müəlliflərindən birinin də Nazim Mustafanın olduğu bu kitab Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir.

Əsərin yazılmasında zəngin arxiv materiallarından istifadə edilmişdir.

   Məqaləni PDF formatına çevir