“Azərbaycan triumviratı”nm bir sütunu kimi Nəsib bəy Yu-sifbəylinin adı Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyski-nin adlan ilə yanaşı çəkilir. Müstəqil Azərbaycan ideyası bir si-yasi tələb kimi ilk dəfə Nəsib bəy tərəfindən XX əsrin əvvəlində gündəliyə gətirilmişdir. Bu yazıda Azərbaycan istiqlal mücadilə-sinin parlaq siması Nəsib bəy Yusifbəylinin hər bir azərbaycanlı-ya nümunə ola biləcək həyat və fəaliyyətinə nəzər salacağıq.
Nəsib bəy Gəncənin əsilzadələrindən idi. Onun babası Usuf bəy Cavad xanın vəziri olmuşdur. Digər tərəfdən, Usuf bəyin ba-cısı Şükufə xanım Cavad bəyin arvadı idi. Usuf bəy Gəncədə məktəb açaraq öz xalqının övladlarına elm öyrədirdi.
Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə ana-dan olmuşdur. Atası onun ali təhsil alması üçün çox əziyyət çək-mişdir. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduq-dan sonra Nəsib bəy Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən azərbaycanlı tələbələr arasmda fəallığı ilə seçilirdi. O, Nəriman Nərimanov, Xosrov bəy Sulta-nov və başqa tələbələrlə birgə Azərbaycan Həmyerlilər Təşkilatı-nı yaratmışdır. 1907-ci ildə Odessa Universiteti müvəqqəti bağ-landıqdan sonra Nəsib bəy Bağçasaray şəhərində yaşamış və o dövrün görkəmli ictimai-siyasi xadimi, türk dünyasının böyük zi-yalısı İsmayıl bəy Qasprinskinin (Qaspralı) redaktoru olduğu, türkcə dərc edilən “Tərcüman”qəzeti ilə əməkdaşlıq etməyə baş-lamışdır. Nəsib bəy İsmayıl bəyin qızı Şəfiqə Sultan xanımla ev-ləndikdən sonra bir müddət Baxçasarayda yaşamışdır.
Nəsib bəy Yusifbəyli 1908-ci ildə Türkiyəyə gedir və siyasi fəaliyyətlə məşğul olur. O, burada “Türk ocağı” dərnəyinin ən fəal üzvlərindən birinə çevrilir. 1911-ci ildə Gəncəyə qayıdır və şəhər bələdiyyəsində işə girir. Nəsib bəy həmən dövrdə gizli fəa-liyyətə keçən Əhməd bəy Ağayevin (Ağaoğlu) rəhbəri olduğu “Difai” partiyasınm təşkilatlanmasında yaxmdan iştirak edir.
Gəncə bələdiyyəsi rəisinin köməkçisi kimi Nəsib bəy şəhərdə bö^ yük nüfuz qazanır.
1917-ci il fevral burjua inqilabmdn sonra Gəncədə Müsəlman Milli Şurası yaradılır. Nəsib bəy həmin şuranm gizli məsələlərb məşğul olan komissiyasma rəhbərlik edir. O, Novruz bayramı günü, günorta namazı zamanı Şah Abbas məsçidinin həyətinə gə~ lərək, Türk Ədəmi-Mərkəziyyət (Türk Federalistləri) Partiyasını yaratdığmı elan edir. Bu partiya Rusiyanm federativ şəkildə qu-rulması və onun tərkibində Azərbaycana muxtariyyat verilməsi uğrunda mübarizə aparırdı. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlannm qurultayı çağnlır və Nəsib bəyin muxtariyyat tələbi dəstəklənir.
Nəsib bəy rus ordusunun gələcəkdə Azərbaycanm müstəqilli-yinə əngəl olacağmı, çətin məqamda ruslarla ermənilərin birlə-şərək, Azərbaycanın müstəqilliyə qovuşmasına yol verməmək üçün qırğınlar törədəcəklərini əvvəlcədən hiss edirdi. Ona görə də Türk Ədəmi-Mərkəziyyət Partiyasmm üzvlərinin köməyi ilə Gəncədə olan iki rus alayınm tərksilah edilməsinə nail olmuşdu. Üstəlik, o Qafqaz cəbhəsindən geri dönən rus silahlı qüvvələrinin Şəmkir ətrafında cüzi itki ilə tərkisilah edilməsi əməliyyatma rəhbərlik etmişdi. Həmin əməliyyat zamanı azərbaycanlılar 15 şəhid vermişdi. Şəhidlərin Gəncədə təntənəli dəfn mərasimi ol-muşdu. Həmin mərasimdə çıxış edən Nəsib bəy demişdi:”Nə xoşbəxtlikdir bu əziz övladlanmıza ki, onlar bizim lik şəhidləri-miz oldular”.
Türk Ədəmi-Mərkəziyyət Partiyasmm qurulmasmda Nəsib bəyə silahdaşlan Şəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayev, Xə-lil bəy Xasməmmədov yaxmdan kömək göstərmişdilər. Doqquz bölmədən ibarət partiya proqramının birinci bölməsi “Azərbay-can” adlanırdı. Sonralar Məmməd Əmin Rəsulzadə də etiraf et-mişdi ki, “Azərbaycan ideyasınm siyasi bir mətləb maddəsi şək-lində formulə etmək şərəfi mərhum Nəsib bəyindir.”
Qafqaz müsəlmanlannm qurultayı zamanı N.Yusifbəyli ilə M.Ə.Rəsulzadə görüşərkən rəhbərləri olduqlan partiyalann bir-ləşməsi razılığına gəlmişdilər.l917-ci il iyunun 17-də birləşmə qurultayı keçirilir. Sədri M.Ə.Rəsulzadə olmaqşərtilə yeni parti-ya türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat adlandınlır. Bakı və onun ətrafında təsir gücünə malik müsavat partiyası ilə Gəncə və onun ətrafmda böyük nüfuza malik, üstəlik, hər iki quberniya-nın zadəganlannın əksəriyyətini öz sıralannda birləşdirən Türk Ədəmi-Mərkəziyyət Partiyası o dövrdə mövcud olan bütün parti-yalan kölgədə qoyur. Həmin birləşmədən sonra parlamentə keçi-rilən seçkilərdə əldə edilən 32 deputat mandatının 14-nü Müsa-vat, 18-ni isə Türk Ədəmi-Mərkəziyyət Partiyasının nümayəndə-ləri qazanmışdılar. Bir sözlə, istər Cənubi Qafqaz Seymində, is-tər Azərbaycan Milli Şurasında, istərsə də parlamentində Müs-a-vat fraksiyasının üstünlük təşkil etməsi Nəsib bəyin rəhbəri oldu-ğu türk-ədəmi mərkəziyyətçilərin say üstünlüyü hesabma müm-kün olmuşdu.
Nəsib bəy Yusifbəyli Cənubi Qafqaz Seyminin üzvü idi. O, 1918-ci il aprelin 26-da yaranmış müstəqil Cənubi Qafqaz Res-publikası (Seym) hökumətinin maarif naziri idi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi (Əqdnamə) elan etdi. Onu imzalayanlar arasında Nəsib bəy Yusifbəyli də var idi. Azərbaycanın ilk müstəqil hökumətində, Fətəli xan Xoyski-nin təşkil etdiyi ilk kabinədə Nəsib bəy Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini tutmuşdur. Lakin məlumdur ki, hə-min vaxt paytaxt Bakı bolşevik qiyafəsinə bürünmüş erməni-rus birləşməsinin işğalı altmda idi. Bakmı azad etmək üçün isə yeni-cə müstəqillik əldə etmiş Azərbaycanm nə yetərincə canlı qüvvə-si, nə də silah-sursatı var idi. Bütün bunları əvvəlcədən ölçüb-bi-çən Nəsib bəy Yusifbəyli çıxış yolunu yalnız Türkiyənin hərbi yardımında görürdü. Ona görə də Nəsib bəy Müsəlman Milli Şu-rası admdan Türkiyəyə nümayəndə göndərmək üçün Gəncədə Şuranın iclasını çağınr. Bu tarixi toplantını açan Nəsib bəy de-mişdi:”Xalq qüvvəsi ilə görülən işlər xalqm gözünün önündə cərəyan etmişdir. Bütün hərəkətlərimiz zəfərlə nəticələnmişdir. Ancaq bu qəhrəmanca hərəkətlər nəticəni əldə etməkdən çox uzaqdır. Bir kərə Azərbaycanm mərkəzi Bakı düşməndən təmiz-lənməlidir. Çünki başsız bədən olmaz və yaşamaz. Bizim xalq qüvvələrimiz kifayət deyildir. Böyük bir yardıma ehtiyac vardır və bu yardımı da bizə bircə Osmanlı imperatorluğu edə bilər. tn-di qərar qəbul edib Osmanlı imperatorluğuna səlahiyyətli bir he-yət göndərək. Türkiyədən yardım istəyək”.
Şuranm qəran ilə, sonralar müstəqil Azərbaycanın təhlükə-sizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı (Keykurun) 1918-ci ilin yanvannda Türkiyəyə göndərilir. Nağı bəy sədrəzəm Tələt paşa, hərbi nazir Ənvər paşa və sultanla görüşür. Nuru pa-şanın komandanlığında Azərbaycana hərbi yardım göndərilir.
Müvəqqəti hökumət iyunun 16-da Tiflisdən Gəncəyə kö-çər-kən artıq Nuru paşa 300 əsgər və zabitlə Gəncəyə gəlmişdi. Hə-min vaxt Azərbaycanda iki əsas cərəyan hökm sürürdü. Bir qisim Azərbaycanın Türkiyəyə ilhaq edilməsini, digər qisim isə Türki-yənin hərbi yardımı ilə müstəqilliyin qorunub saxlanmasının tə-rəfdan idilər. Yaranmış gərgin vəziyyətdə Nuru paşanın tələbi ilə Milli Şura buraxılır. Yeni parlament formalaşanədək hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumətə verilir. Nəsib bəy ikinci hökumət kabinəsində xalq maarifi və dini etiqad naziri vəzifəsini tutur. 1918-ci il sentyabnn 15-də Azərbaycan-türk hərbi birləşmələri Bakını işğaldan azad edirlər. 1918-ci il dekabnn 7-də ilk parlamentin ilk iclası keçirilir. Bundan sonra yenə də Fətəli xan Xoyskinin sədrliyi ilə üçüncü kabinə təşkil edilir. Nəsib bəy əvvəlki vəzifəsini saxlayır.
1919-cu il martın 14-də dördüncü kabinə təşkil edilir və Nə-sib bəy Nazirlər Şurasmın sədri və daxili işlər naziri seçilir. Hə-min il dekabnn 24-də təşkil edilən beşinci kabinədə Nəsib bəy yenə hökumət başçısı seçilir. Həmin dövrdə ölkədə siyasi vəziy-yət xeyli kəskinləşmişdi. Parlamentdə və hökumətdə təmsil olu-nan müəyyən qüvvələr bolşeviklərlə gizli danışıqlara gedir, haki-miyyətin süqut edib, bolşeviklərin əlinə keçəcəyi təqdirdə, özlə-rinin toxunulmazlığını əvvəlcədən təmin etmək istəyirdilər. Xü-susən, Müsavat Partiyasının daxilində gedən çəkişmələr riyakar-lıq və ikiüzlülükdən uzaq olan Nəsib bəyi çox narahat edirdi. 1920-ci il aprelin 1-də Nəsib bəy hökumət başçısı vəzifəsindən istefaya getdiyini bəyan edir. Yeni hökumət təşkil edilməsinə macal tapılmır. Aprelin 28-nə keçən gecə hakimiyyət bolşeviklə-rə təhvil verilir. Bolşevik irticasmdan qurtulmaq üçün Xalq Cümhuriyyətinin quruculan mühacirət etmək məcburiyyətində qalırlar. Nəsib bəy yaxm dostu İbrahim Yusif bəylə bərabər Tuf-lisə yola düşür. Yevlaxla Kürdəmir arası yolda iri çamadanlara gözü düşən quldurlar arxadan onlan güllə ilə vurub, Kürə atırlar.
Nəsib bəy Yusifbəyli son dərəcə təmiz və gözütox idi. Onun paklığmı baş nazir olarkən atasmın ona göndərdiyi bir məktub-dan görmək olar: “Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadm. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalmı elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərc-lərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olursan. Yenə bağmın qamışını mən alım? Pul göndərə bilməzsənmi?”
Nəsib bəy Yusifbəyli Azərbaycanın yenidən istiqlala qovuşaca-ğma bütün varlığı ilə inanırdı. O, işğal axşamı, aprelin 27-də Nağı Şeyxzamanlı ilə görüşündə demişdi:”Dostlar öz gücümüz ilə Azər-baycan istiqlalını yaratdıq. Lakin onu yaşada bilmədik. Ədəbi düş-mənimiz ruslar üstün qüvvələrlə vətənimizi işğal etdilər və istiqlalı-mıza son qoydular. Müqəddəs ölkəmiz ruslann əlinə keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey var ki, o bizə təsəlli verir: ruslar zülmləriylə, vəhşilikləriylə, xalqımızı nə qədər əzirlərsə, istə-dikləri kimi xarabaya çevirsinlər, vətənimizdə əbədi qalmayacaqlar. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumunun mənəvi varlığımıza birləşdirdiyimiz hürriyyət ruhunu yox edə bilməzlər. Vəhşiliyi, qədddarlığı ilə məşhur Neronu köməyə çağırsalar belə, yenə də məqsədlərinə nail ola bilməyəcəklər”.
Bu gün Nəsib bəylərin ruhu şaddır. Azərbaycanın dövlət müstəqilliyi əbədi olaraq təmin edilib.
Nazim MUSTAFA,
“Xalq qəzeti”, 28 may 2002-ci il